“Kunq-Fu Panda 4” filminin treyleri yayımlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kunq-Fu Panda” franşizasının dördüncü hissəsinə treylerinə artıq onlayn qaydada baxmaq mümkündür. Cizgi filminin buraxılışı 2024-cü il martın 8-nə planlaşdırılıb.

Süjet yeni səyahətə çıxan panda Podan bəhs edəcək. Qəhrəman artıq Sülh Vadisini idarə edir və onun Əjdaha Döyüşçüsü postuna davamçıya ehtiyacı var. Eyni zamanda Po keçmişin bədxahlarını canlandıran məkrli yaramaz Buqələmunla qarşılaşır.

Personajları səsləndiriblər: Cek Blek, Ancelina Coli, Ceki Çan, Lüsi Lyu, Dastin Hoffman, Viola Devis və Ke Hyui Kuan.

Qeyd edək ki, “Kunq-Fu Panda” 2008-ci ildə debüt edib. Ümumilikdə, serialın üç filmi çıxıb – dünya üzrə baxış sayına görə cəmi 1,8 milyard dollar gəlir gətirib.

Mənbə: film.ru

0.30428600311279