“Qızıl Qlobus”a 33 dəfə namizəd göstərilən Hollivud aktrisası öz rekordunu qırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il 81-ci dəfə təqdim olunacaq “Qızıl Qlobus” mükafatının namizədləri açıqlanıb.

Namizədlər arasında ən çox diqqət çəkən ad isə Hollivud aktrisası Meril Strip olub.

“Binada ancaq cinayətlər” (“Only Murders in the Building”) serialındakı roluna görə “Ən yaxşı ikinci plan aktrisası” nominasiyasına namizəd olan Meril Strip öz rekordunu qırıb. Aktrisa nominasiyaların ümumi sayını 33-ə çatdırıb.

74 yaşlı Meril Strip 33 “Qızıl Qlobus” nominasiyası ilə tarixə düşüb.

Strip “The Iron Lady”, “The French Lieutenant’s Woman”, “Angels in America”, “Adaptation”, “Julie & Julia”, “The Devil Wears Prada”, “Sophie’s Choice and Kramer vs. Kramer” kimi rollarına görə “Qızıl Qlobus” mükafatlarını qazanıb. Doqquz “Qızıl Qlobus” mükafatına sahib olan aktrisa bütün zamanların ən çox “Qızıl Qlobus” qazanan aktrisasıdır.

Mənbə: Haber Global

0.3146231174469