Azərbaycanda ögey qızı tərəfindən bıçaqlanan atanın son durumu AÇIQLANDI - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda ögey qızı tərəfindən bıçaqlanan şəxsin vəziyyəti barədə açıqlama verib.

Qurumdan Bakunews.media-ın sorğusuna cavab olaraq bildirilib ki, 1987-ci il təvəllüdlü şəxs 25.12.2023-cü il tarixində saat 23:40 radələrində Sabunçu Tibb Mərkəzinə yerləşdirilib:

“Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, zəruri tibbi xidmətlər göstərilib. Hazırda Cərrahiyə profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti ağır stabildir”.

12:29

Bakının Sabunçu rayonunda qızın atasını evdə bıçaqlaması barədə bəzi detallar bilinib. 

Bakunews.media-ın əldə etdiyi məlumata görə, qız hadisəni ona kobud davranıldığı üçün edib. 

Belə ki, ögey atası onunla kobud davranıb. Nəticədə o, 1987-ci il təvəllüdlü Elman Xəlilovu bıçaqlayıb.

09:08

Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Elman Oqtay oğlu Xəlilov qarnın ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Bıçaqlanan şəxsin yaxınları bildiriblər ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıblar.

İlhamə Əbülfət

0.31745290756226