Bu gün Xalq artisti Aygün Kazımovanın doğum günüdür - FOTO

Bu gün Azərbaycanın Xalq artisti Aygün Kazımova 49 yaşını qeyd edir.  

32 ildir səhnədə olan, Azərbaycan estradasında bir çox ilklərə imza atmış səhnəmizin pop divası ömrünü sənətinə həsr edib.  

Sevənləri üçün bir-birindən gözəl mahnılar, musiqilər səsləndirən Kazımova ölkəmizdən kənarda da sevilir və dinlənilir. 

Bakunews.media kollektivi olaraq sevimli sənətkarımızı ürəkdən təbrik edirik. Ona arzu edirik ki, səsi heç vaxt adını qızıl hərflərlə yazdığı səhnəmizdən əskik olmasın. 

Rəşad Əliyev 

0.34927701950073