Koronavirusdan ölənlərin sayı 700 nəfəri keçdi

Çində 2019-nCoV koronavirusundan ölənlərin sayı isə 700 nəfəri ötüb.

RİA “Novosti”nin məlumatına əsasən, Hubey əyalətində bir sutka ərzində 81 nəfər dünyasını  dəyişib və beləliklə, Çində bu xəstəlikdən ölənlərin ümumi sayı 720 nəfərə çatıb.

Bildirilir ki, virusa artıq 24,9 min nəfər yoluxub, 1,1 mindən artıq insan isə sağalıb.

Xatırladaq ki, Çin hökuməti 2019-cu ilin dekabr ayının sonunda Uxan şəhərində 2019-nCoV pnevmoniya virusunun səbəb olduğu epidemiyanın baş qaldırdığını bildirmişdi. ÇXR-dan savayı, 20-dən çox ölkədə də xəstəlik halları aşkar edilib. 

 

0.40526914596558