“Netflix” qadağan edilmiş serialların siyahısını dərc etdi

“Netflix” şirkəti bir sıra ölkələrdə nümayişi qadağan edilmiş filmlərin və serialların siyahısı açıqlayıb.

Bu barədə “Variety” yazır.

Qeyd olunur ki, Sinqapurda Martin Skorsezin “Məsihin son nəfsi” filmi platformadan çıxarılıb, Vyetnam sakinlərinə isə Stenli Kubrikin “Metal örtük” filmi əlçatmaz olub.

Yeni Zelandiyada San-Fransiskodakı Qızıl Darvaza boğazının üzərindəki körpüdə intihar cəhdlərindən bəhs edən “Körpü” sənədli filmi qadağan edilmişdi.

Bütün bu məhdudiyyətlər 2015-ci ildən 2019-cu ilə qədər qüvvədə olub. 2020 - ci ildə isə “Netflix” şirkəti Braziliyanın “Porta dos Fundos” komik qrupunun “The Last Hangover” komediya filminin  Sinqapurda nümayişinə məhdudiyyət qoymalı olub.

 

0.28504681587219