Jirinovski Trampın şərəfinə qədəh qaldırmaq istəyir

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski ABŞ Prezidenti Donald Trampa impiçment prosedurunun başa çatması münasibətilə təbrik məktubu ünvanlayıb.

RİA “Novosti”nin məlumatına əsasən, Jirinovski naməsində Aşağı palatanın spikeri, demokrat Nensi Pelosinin hərəkətlərinin yersiz, Ağ Evin başçısının ünvanına olan ittihamların isə “rəzil və yalan” olduğunu bildirib. 

“RLDP-nın bütün üzvləri sizin uğurunuzun şərəfinə qədəh qaldırmaq üçün ABŞ-a uçmağa hazırdırlar”, - deyə deputat vurğulayıb.

O, həmçinin ABŞ liderinə Trampın Mar-a-Laqo malikanəsinin olduğu Mayami şəhərində birgə nahar edərək pulunu ödəməyi də təklif edib.

0.31521797180176