BMT İraq və Suriyada olan terrorçuların sayını açıqladı

Bu gün İraq və Suriyada 27 minə qədər xarici ölkələrdən gələn terrorçu var.

Bu barədə BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov məlumat verib.

V.Voronkov bildirib ki, İŞİD terror təşkilatı 2019-cu ildə Suriyada öz dayaqlarını itirib və Əbu Bəkr əl-Bağdadinin ölümündən sonra qruplaşmanın rəhbərliyində dəyişiklik baş verib.

Diplomat, bununla belə, İŞİD-i transmilli terror təhlükəsinin əsasını təşkil etdiyi söyləyib.

V.Voronkov əlavə edib ki, hazırda İraq və Suriya ərazisində 20-27 min arası kənardan gələn terrorçu var və onlar yaxın və uzaq gələcəkdə təhlükə mənbəyi olaraq qalır. 

0.29737782478333