Tailandda insanları qətlə yetirən hərbçiyə qarşı xüsusi təyinatlıların əməliyyatı kameralara düşdü - VİDEO

Tailandda ticarət mərkəzində insanları qətlə yetirən hərbçiyə qarşı xüsusi təyinatlıların əməliyyatı kameralara düşüb. Video “Telegram” sosial şəbəkəsində yayımlanıb.

Xüsusi təyinatlılar dördmərtəbəli ticarət mərkəzi binasında 21 nəfəri öldürüb, bir o qədər şəxsi də yaralayan şəxsə qəfil hücum ediblər.

Qeyd edək ki, bundan öncə xüsusi təyinatlılar binadan yüzlərlə insanı çıxara bilmişdilər. Lakin silahlının əlində daha 16 nəfərin olduğu bildirilirdi.

Yerli polis telekanallara hadisə yerindən canlı yayım etməyi qadağan edib.

0.42395401000977