Afrikada yük avtomobili qəza törətdi: 15 nəfər həlak oldu

Demokratik Konqo Respublikasının paytaxtında baş verən avtomobil qəzası nəticəsində 15 nəfər həlak olub, 40 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

“Radio Okapi” xəbər verir ki, hadisə bazar günü Kinşasa Universitetinin yaxınlığında baş verib.

Məlumata əsasən, daş daşıyan yük avtomobilinin sürücüsü idarəetməni itirirək yolda olan bir neç digər maşınla toqquşub və piyadaları əzib.

0.90898704528809