Ukraynada üç yeniyetmə buzlu suya düşdü: ikisi həlak oldu
Ukraynanın Xarkov şəhərində buz bağlamış gölməçənin üzərində gəzən üç 13 yaşlı yeniyetmə buzlu suya düşüb.
“RBK-Ukrayna” xəbər verir ki, yerli sakinlər məktəblilərdən birini xilas edə bilib.
Donmuş uşaq dərhal xəstəxanaya yerləşdirilib.
Digər iki yeniyetmənin cəsədini isə sudan xilasedicilər çıxardıb.