Tanınmış idmançı və üç övladı diri-diri yanaraq öldü - FOTO

Tanınmış avstraliyalı reqbiçi Rouen Baksterin və üç azyaşlı övladının avtomobildə yanaraq həlak olması ölkədə böyük rezonansa səbəb olub.

“New Zeland Herald” agentliyi xəbər verir ki, hadisə zamanı bütün ailə üzvləri avtomobildə olub.

Hadisə yerində olan şahidlər bildirir ki, yanğından yalnız idmançının həyat yoldaşı xilas ola bilib. 

Qadın “O, mənim üzərimə benzin tökdü” qışqıraraq avtomobili tərk edib.

Qeyd olunur ki, ər və arvadın uşaqlar üzərində olan haqlarına görə məhkəmə çəkişmələri olub.

0.29393696784973