Ankaradakı terrorda həlak olanların qanı yerdə qalmadı - MİT-dən uğurlu əməliyyat

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) 23 oktyabr 2024-cü il tarixində Türk Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) qarşı törədilən hücumdan sonra Suriya və İraqın şimalında yerləşən PKK hədəflərini məhv edib.

Bakunews.media bu barədə milliyet.com.tr-ə istinadən xəbər verir.

Məlumata görə, MİT tərəfindən həyata keçirilən əməliyyatlarda Suriya və İraqda PKK/YPG-nin nəzarətində olan təşkilata məxsus sözügedən hərbi, kəşfiyyat, enerji-infrastruktur obyektləri, logistika və sursat anbarları kimi çoxsaylı strateji nöqtələr hədəfə alınıb. Həyata keçirilən hava əməliyyatında 32 terror hədəfinin məhv edilib, çoxsaylı terrorçular zərərsizləşdirilib.

Qeyd edək ki, dünən Ankarada . Hadisə nəticəsində 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.

0.055044889450073