Meksikada gizli məzarlıqda çoxlu parçalanmış insan cəsədi aşkar edildi
Fevralın 20-si Meksikanın Miçoakan ştatında həyata keçirilən xüsusi əməliyyat nəticəsində cinayətkar qrup ifşa edilib.
“RİA Novosti” xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin cinayətkarlara məxsus gizli məzarlıq tapıb.
Orada 24 nəfərin parçalanmış cəsədi aşkar edilib.
“Qurbanların çoxu 20-40 yaşlar arasında olub. Onlardan beşi qadındır. Təxminən dörd-altı ay əvvəl qətlə yetiriliblər. Ölümdən öncə ağır işgəncələrə məruz qalıblar. Əksəriyyəti başı kəsilməklə qətlə yetirlib”, - deyə məlumatda vurğulanır.
Qeyd etmək lazımdır ki, 2006-cı ildən bu yana Meksikada uç min analoji məzarlıq aşkar edilib. Məzarlıqlarda dörd min insanın cəsədi tapılıb.
Onu da vurğulayaq ki, ötən 15 il ərzində ölkəə 60 min nəfər itkin düşüb.