Rusiyada məktəb tualetindən nəzarət kamerası çıxdı – VİDEO

Rusiyanın Vladikavkaz şəhərinin məktəblərinin birində qeyri-adi hadisə baş verib.

“Mash” xəbər verir ki, məktəbin şagirdləri müəllimlərin onları nəzarət altında saxladıqlarından şübhələniblər.

Sonra uşaqlardan biri direktor müavininin otağında nəzarət kamerasının monitorunu aşkar edib.

Ortaya çıxıb ki, həmin monitordan oğlanlar üçün nəzərdə tutulan tualet görünür.

Bundan sonra şagirdlər nəzarət kamerasını axtarmağa başlayıb.

Uşaqlardan biri bu prosesi qeydə alıb.

Məktəb rəhbərliyinin bu addımının qanuna uyğun olub-olmaması araşdırılır.

 

0.28368902206421