Rusiyada qadın digər qadının dodağını dişləyib qopartdı

Rusiyanın Birobican şəhərində məhkəmə 29 yaşlı qadını şərti olaraq üç illik azadlıqdan məhrum edib.

“RBK” xəbər verir ki, buna səbəb qadının münaqişə zəminində digər qadının dodağını dişləyib qopartması olub.

Hadisə şəhərin əyləncə məkanlarının birində baş verib.

İki qadın rəqs meydançasında dalaşmağa başlayıb.

Nəticədə onlardan biri digərinin saçlarından tutaraq dodağını qoparıb.

Zərər çəkən qadının üzü eybəcər hala düşüb.

Cinayət törədən qadın məhkəmədə günahsız olduğunu iddia edib.

0.2886209487915