Kaliforniyada cinayətkarlar üç nəfəri məzarın başında qətlə yetirdilər

Kaliforniyada yerləşən qəbiristanlıqlardan birində üç nəfərin cəsədi aşkar edilib.

“The Sun” xəbər verir ki, qətlə yetirilənlər narkokartellərdən birinin qurbanı ola bilər.

Polisin məlumatına əsasən, cəsədləri Perris-Velli qəbiristanlığında aşka edilən şəxslər eyni anda qətlə yetiriliblər.

“Bu bir ismarıcdır. Bunun qisas və ya güc nümayişi olduğunu bilmirik. Lakin üç nəfərin qəbiristanlıqda eyni anda qətlə yetirilməsi sıradan hadisə deyil”, - deyə yerli şerif qeyd edib.

1.1074759960175