Oğurluq etdi, günahı “cinlərin” üstünə atdı - VİDEO

Rusiyanın Kemerovo şəhərinin sakini mikrokredit ofisini qarət edib.

REN TV-nin məlumatına görə, hadisə anının görüntüləri müəssisəyə quraşdırılan müşahidə kamerası tərəfindən qeydə alınıb.

Kadrlardan görünür ki, kişi ofis əməkdaşını mətbəx bıçağı ilə hədələyir və seyfdə olan bütün pulları götürür.

Qarətçi tez ələ keçib. O, saxlanılarkən soyğunu “cinlərin” tapşırığı ilə etdiyini bildirib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

0.29203009605408