Türkiyədə İslam dünyasının ən böyük kitabxanasının açılışı olub – VİDEO

Türkiyənin paytaxtı Ankarada İslam ölkələri arasında ən böyük kitabxananın açılışı olub.

“İslamnews” agentliyi xəbər verir ki, kitabxana prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə inşa etdirilib.

İnşaat işlərinə 2016-cı ildə başlanılıb. Kitabxana eyni zamanda 5 min nəfərə xidmət edə bilər. Kitabxanada 4 milyon çap, 120 milyondan çox elektron nəşr və 550 min elektron kitab və nadir əsərlər var.

0.72698712348938