Avtobusun qəza anı saniyə-saniyə görüntüləndi - VİDEO

Türkiyənin Ərzurum şəhərində “Bursaspor” azarkeşlərini daşıyan avtobus qəzaya uğrayıb. Yol-nəqliyyat hadisəsi sərnişinlərdən biri tərəfindən təsadüfən qeydə alınıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, avtobus qarşısında hərəkət edən TIR-a dəyməmək üçün manevr edib. Lakin yolun buzlanması səbəbindən sürücü idarəetməni itirib və avtobus aşıb.

Qəza nəticəsində iki nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

0.32366514205933