120 silahlı terrorçu məhv edildi

Nigeriya və Fransa silahlı qüvvələrinin birgə keçirdiyi hərbi əməliyyat nəticəsində 120 terrorçu məhv edilib.

“Frans-Press” agentliyi xəbəri Nigeriyanın Müdafiə Nazirliyinə istinadən yayıb.

Anti-terror əməliyyatı Mali və Burkina-Faso ilə sərhəddə yerləşən Tillaberi bölgəsində keçirilib.

Qeyd edək ki, Nigeriyada İŞİD terror qruplaşmasının silahlı dəstələri fəaliyyət göstərir. 

0.72612380981445