Uhanda koronavirusun qurbanlarının sayı 2346 nəfərə çatıb

Epidemiyanın mərkəzi sayılan Çinin Uhan şəhərində yeni növ koronavirusdan ölənlərin sayı 2346 nəfərə çatıb.

Bu barədə Regional Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilir, xəstəliyə yoluxanların ümumi sayı isə 64 084 nəfərdir.

“Əyalətdə ötən sutka ərzində 96 nəfər ölüb, 630 yeni yoluxma halı isə qeydə alınıb”, - komitənin məlumatında deyilir.

Qeyd edilir ki, 1742 nəfər xəstəlikdən sağalıb. Ümumilikdə isə əyalətdə 15 299 nəfər xəstəxanalardan evlərinə buraxılıb.

 

0.30458807945251