Dilarənin sinə dekolteli fotoları Röyanı heyran qoydu - FOTO

İtaliyanın məşhur “Vogue” jurnalının saytında açıq-saçıq fotolarının yer alacağı ilə bağlı müsahibələr verən cazibədar müğənni Dilarə Kazımova klip zamanı çəkdirdiyi şəkilləri ilə mətbuatın gündəminə düşüb.

Bakunews.media xəbər verir ki, geyimləri və səhnə imici ilə həmkarlarından fərqlənən sənətçi ehtiraslı pozlar verib.

Dilarə qara rəngli “topik” üzərinə kürk ataraq, kamera önünə keçib. Şəkillərdə sinəsini ön plana çıxaran Kazımova “Kürküm natural deyil” başlığı altında görüntülərini sosial media hesabında paylaşıb.

Onun paylaşımına izləyiciləri ilə yanaşı, xalq artisti Röya Ayxan da biganə qalmayıb. Sənətçi həmkarının açıq-saçıq şəkillərini ürək işarələri ilə bəyənib.

D.Kazımova isə xalq artistinə “Cana” yazaraq, ona təşəkkürünü bildirib. 

Rəşad Əliyev

0.34408283233643