Peruda iki avtobus toqquşdu: 11 nəfər həlak oldu

Perunun cənubunda yerləşən Arekipa bölgəsində iki avtobusun toqquşması nəticəsində ən azı 11 nəfər həyatını itirib.

“PR” radiosu xəbər verir ki, daha 40 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Məlumata əsasən, altı nəfər hadisə yerində həlak olub, beş nəfər isə xəstəxanada.

Qəzaya səbəb kimi avtobuslardan birinin sürət həddini aşması göstərilir.

0.29927802085876