Rusiyada məktəbli müəllimini bıçaqladı – VİDEO

Rusiyanın Ulyanovsk vilayətində yerləşən məktəblərindən birində səkkizinci sinif şagirdi riyaziyyat müəllimini bıçaqlayıb.

“Telegram “360” xəbər verir ki, cinayəti törətdikdən sonra Artyom Fyodorov adlı şagird məktəbdən qaçmağa çalışıb, lakin bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata əsasən, şagird sakit və gülərüz xasiyyətə malik olub.

Məktəbli və müəllim arasında heç bir münaqişə olmayıb. Dərs vaxtı şagird müəllimə yaxınlaşaraq onu qarnından bıçaqlayıb.

Qeyd etmək lazımdır ki, xəstəxanaya qaldırılan müəllim əməliyyat olunub, onun vəziyyəti sabitdir.

 

0.74516987800598