Şahzadə Harri və məşhur müğənni birgə mahnı yazdırdılar - VİDEO

Britaniya şahzadəsi Harri və amerikalı musiqiçi Bon Covi birgə mahnı yazdırıblar.

Kompozisiyadan bir parça şahzadə və həyat yoldaşı Meqan Marklın “Instagram” səhifəsində yerləşdirilib.

Sosial şəbəkədə yerləşdirilən digər paylaşımın altında bildirilib ki, “Unbroken” adlı mahnı əlil olan cari və sabiq hərbçilərə həsr olunub. Şahzadə Harri və Bon Covinin mahnısı may ayında onların arasında keçiriləcək “məğlubedilməzlərin oyunu” adlı növbəti yarışların bir növ himni olacaq.

Con Bon Covi amerikalı musiqiçi və əfsanəvi “Bon Jovi” rok-qrupunun təsisçisidir. 2018-ci ildə onu rok-n-rollun “Şöhrət zalı”na üzv seçiblər.

0.275151014328