Virus mənbəyi olan əyləncə məkanları: İmkanları var, amma dezinfeksiya işləri aparılmır - VİDEO

Nazirlər Kabinetinin qərarına əsasən bütün təhsil müəssisələrində dərslər dayandırılıb. Bu addımın atılmasını zəruri edən səbəb koronavirus təhlükəsinin insanların sıx olduğu yerlərdə yüksək olmasıdır. Aidiyyəti qurumlar şagirdlərin bir müddət bir araya gəlməməsini məqsədəuyğun hesab ediblər.

Amma bu gün istirahət parkları və əyləncə mərkəzlərində müşahidə edilən vəziyyət bəzi valideynlərin atılan addımların əsl mahiyyətini başa düşmədiklərini göstərir.

ARB xəbər komandası məsələ ilə bağlı araşdırma aparıb.

Araşdırmalardan belə nəticəyə gəlmək olar ki, əyləncə mərkəzləri planda olmayan bu tətildən maksimum yararlanmağa çalışırlar. Açıq havada istirahəti müəyyən qədər başa düşmək olsa da, qapalı şəraitdəki bu sıxlıq təbii ki, təhlükə saçır.

Azyaşlıları qapalı yerlərə toplayan və gün ərzində yüzlərlə uşağın toxunduğu oyun aparatlarını isə təhlükə mənbəyi hesab etmək olar. Əlaqə saxladığımız bir sıra əyləncə mərkəzlərində peşəkar dezinfeksiya işlərinin aparılmadığını öyrəndik.

Bu cür özəl müəssisələr dezinfeksiya işlərinin aparılmasını yəqin ki, dövlət qurumlarından gözləmirlər. Çox müştərisi olan bu məkanların zəruri qabaqlayıcı tədbirləri görmək üçün imkanları da var. Qalır, kiçik qonaqlarının sağlamlığını nəzərə alıb vaxtında işə başlamaq.

 

0.3061580657959