ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə qəbula start verildi

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbula start verilir. 

Təhsil Nazirliyindən Bakunews.media-a verilən məlumata görə, magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq. 

Sözügedən ikili diplom proqramı çərçivəsində təhsil almaq istəyənlər 30 mart 2020-ci il tarixinədək müraciət etməlidirlər. 

İkili diplom proqramı ilə bağlı əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. 

0.32894802093506