Bakıda xəstə vərəm əleyhinə dispanserdə özünü bıçaqladı

Bakıda dispanserdə xəstə özünə bıçaq xəsarəti yetirib. 

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonu Zığ şosesində yerləşən 6 saylı Vərəm əleyhinə Dispanserdə qeydə alınıb. 

Belə ki, 1979-cu il təvəllüdlü Ağayev Cümşüd Hüseyn oğlu özünə bıçaq xəsarəti yetirib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.  

Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 

0.31608319282532