Vüsal Hüseynov: “Ölkəmizə səfər edən əcnəbilərin sayında artım müşahidə edilib”

“2019-2020-ci il üzrə miqrasiya sahəsində inkişaf dinamikası artıb. Ölkəmizə səfər edən əcnəbilərin sayında artım müşahidə edilib”.

Bakunews.media xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bu gün YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, cari ilin iki ayı əzində ölkəyə gələn miqrantların sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çoxdur:

“Olduğu yer üzrə qeydiyyata alınan əcnəbilərin sayında 0,4 faiz artım müşahidə edilib. Müvəqqəti yaşamaq icazəsi üçün müraciət edənlərin sayı 29 faiz artıb. Daimi yaşamaq icazəsi üzrə 13 faiz, iş icazəsi üzrə 16 faiz, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün üzrə 23 faiz artım qeydə alınıb. Readmissiya olunan şəxslərin sayı 52 faiz artıb”.

V.Hüseynov onu da əlavə edib ki, 2020-ci ildə qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin sayı 32 nəfər olub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3.4 faiz azalma deməkdir. 

Könül Cəfərli 

0.37249994277954