COVID-19 pulla keçə bilər? - BAŞ İNFEKSİONİST AÇIQLADI

“Koronavirusun (COVID-19) pulla keçmək ehtimalı yoxdur”.

Bakunews.media-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

C.İsayev qeyd edib ki, ümumiyyətlə, virusdan qorunmaq üçün əlləri 20 saniyə ərazində sabunla yumaq vacibdir.

Baş infeksionist qeyd edib ki, regionlarda və Bakı şəhərində koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq:

“İnsanlarda xüsusi alqoritmlər yoxlanacaq. Lazım gəlsə və xəstəlik aşkar olunarsa, həmin şəxslər karantinə alınıb, müalicə olunacaqlar. Xəstəliyin kliniki əlamətləri meydana çıxan halda, istər Bakıda, istərsə də regionlarda həkimə müraciət etmək lazımdır”.

İlhamə Əbülfət

0.30866193771362