Bakının bu məhəlləsinin palçıqlı yolları nə vaxt təmir olunacaq? - VİDEO

Binəqədi rayonu üçüncü mədən, 125-ci korpus və əraziyə bitişik küçələr bərbad vəziyyətdədir. 

Baku Tv xəbər verir ki, küçələrin palçıq olması hərəkəti çox çətinləşdirib. 

Sakinlər bildirirlər ki, bu barədə aidiyyəti qurumlara şikayət etsələr də, problemlər həll olunmayıb. 

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildiriblər ki, yaxın gələcəkdə həmin ünvanda yolları asfaltlamaq nəzərdə tutulur.

Qurumdan daha dəqiq məlumat üçün isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət etməyi məsləhət görüblər. 

AAYDA-dan isə bildirilib ki, qəsəbədaxili yollarda təmir işləri növbəli şəkildə aparılır:

“Bakı şəhərinin bütün qəsəbələrinin təmirə ehtiyacı olan yolları təmir olunacaq. Tədbirlər planı hazırlanıb. Bu işlər 2023-cü il də daxil olmaqla həyata keçiriləcək”. 

0.35779309272766