“SOCAR Media” “Xəzər” TV-nin payını alıb

“Xəzər TV” MMC-nin səhmləri “SOCAR Media” qrupunun balansına keçib.

Bakunews.media-ın məluamtına görə, bu barədə sənəd bu gün imzalanıb.

“Xəzər TV” nin baş direktoru Murad Dadaşov təyin edilib. 

O, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti, “SOCAR Media”nın sədri Xalik Məmmədov tərəfindən kollektivə təqdim edilib.

“SOCAR Media” İctimai Birliyi SOCAR-ın təsisçiliyi ilə yaradılıb.

İlhamə Əbülfət

0.30060291290283