Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının iki müavini işdən çıxarılıb

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının iki müavini işdən çıxarılıb. 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bununla bağlı Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Səmədov Əslan Əflan oğlu və müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Yunuslu Zeynab Nüsrət qızı, həmçinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbad Paşayev tutduqları vəzifədən azad ediliblər. 

0.32576894760132