Qoşa xətti keçən sürücü qəza törədib - VİDEO

Paytaxtın Nərimanov rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakunews.media xəbər verir ki, qəza Həsən Əliyev küçəsində yerləşən tuneldə qeydə alınıb.

İlkin ehtimala görə, “DongFeng” markalı nəqliyyat vasitəsini idarə etən sürücü qoşa xəttin tələblərini pozaraq, avtomobili əks yol ilə hərəkət etdirərkən “Kia” markalı minik maşınına çırpılıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Qəzanın dəqiq təfərüatları aparılan araşdırmalardan sonra bəlli olacaq.

 

0.32122611999512