Bakıda qayda pozan sürücü qəza törədib - VİDEO

Bakının Səbail rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Bakunews.media xəbər verir ki,  insident Zərifə Əliyev küçəsi ilə, Bülbül prospektinin kəsişməsində qeydə alınıb.

İlkin ehtimala görə, Həsənzadə İbrahim Vüqar oğlu idarə etdiyi "Hyundai" markalı nəqliyyat vasitəsi ilə işıqforun sarı işığında yolu keçmək istəyərkən Ələkbərli Cavid Elşad oğlunun idarə etdiyi "Renault" markalı avtomobilin yoluna çıxıb.

Nəticədə avtomobillər toqquşub. Zərbənin təsirindən “Renault” yol kənarındakı səkiyə çırpılıb.  

Qeyd etmək lazımdır ki, hər iki nəqliyyat vasitəsinə ciddi zərər dəyib.

Hadisənin dəqiq təffərüatları aparılan araşdırmaların sonunda bəlli olacaq.

 

0.29654097557068