Bakıda dəm qazı daha bir can aldı

Bakıda dəm qazı daha bir nəfərin ölümünə səbəb olub.

Bakunews.media xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 22, mənzil 46 ünvanında qeydə alınıb.

Sözügedən ünvanda yaşayan Neymətulla Novruzovun meyiti yaşadığı evdən tapılıb. Ölüm səbəbinin dəqiqləşdirilməsi üçün meyit daxili və xarici müayinəyə göndərilib. 

Müayinə nəticəsində məlum olub ki, N.Novruzov dəm qazından zəhərlənmə nəticəsində vəfat edib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Könül Cəfərli

0.33341312408447