COVID-19 deyildiyi qədər təhlükəli deyilmiş - VİDEO

Koronavirus (COVID-19) deyildiyi qədər təhlükəli virus deyil.

Baku Tv xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Çinin və bir sıra digər ölkələrin koronavirusla mübarizə sahəsindəki səylərini yüksək qiymətləndirərək bildirib.

O, qeyd edib ki, son 24 saat ərzində 33 ölkədə yeni yoluxma halları qeydə alınıb. Beş ölkədə son iki həftə ərzində yeni yoluxma halına rast gəlinməyib. Epidemiya bütün hökumət mexanizmlərini özündə cəmləşdirən kollektiv, razılaşdırılmış və əhatəli bir yanaşma ilə dayandırıla bilər 

ÜST-ün Azərbaycan üzrə nümayəndəsi Hande Armancı deyir ki, təlaşa ehtiyac yoxdur. Sadəcə, ehtiyatlı olmaq lazımdır. Bu virusa yoluxanlardan sadəcə 2-3 faizi vəfat edib. 

0.31548309326172