Sumqayıt yolunda hərəkət “donub” - FOTO/VİDEO

Balaxanı-Novxanı-Sumqayıt yolunda hərəkət dayanıb.

Bakunews.media xəbər verir ki, sözügedən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti iflic olub, böyük tıxac yaranıb.

Yolun Sumqayıt istiqamətində hərəkət tamamilə dayanıb. Yüzlərlə avtomobil yolda qalıb. Tıxaca səbəb Bakı-Sumqayıt yolunda təmir işlərinin aparılmasıdır. Həmin istiqamətdə də avtomobillərin hərəkəti çətinləşib.

Tıxac bir saatdan çoxdur davam edir.

Könül Cəfərli

0.315584897995