“Mercedes” qəfil manevr etdi, “KamAZ” park edilmiş avtomobillərə çırpıldı - ANBAAN VİDEO

Azərbaycanda baş verən ağır avtomobil qəzasının görüntüləri yayılıb.

Bakunews.media xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb.

Qəza zamanı “KamAZ” markalı mişar daşı ilə dolu yük maşını yol kənarında park halında iki maşına çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Qəzaya səbəb isə “Mercedes” markalı avtomobilin yük maşınının qarşısında qəfil dönnə əməliyyatı etməsi olub. “KamAZ”ın sürücüsü qəzadan yayınmağa çalışsa da, bu, mümkün olmayıb.

Həmin görüntüləri təqdim edirik:

Samir İsayev

0.34615015983582