Bu gün Azərbaycanda 156 nəfər koronavirusdan sağalıb

Bu gün Azərbaycanda 156 nəfər koronavirusdan müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda belə deyilir.

İndiyədək ölkədə ümumilikdə 10324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5739 nəfər müalicə olunaraq sağalıb.

0.32771682739258