Təkəri partlayan avtomobil qəza törətdi: Yaralı var

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report"un məlumatına görə, hadisə Şıx yaşayış massivində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobilin təkəri partlayıb. Nəticədə 2010-cu il təvəllüdlü Abdullazadə Tunar Məhəmməd oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sağ çənə sümüyünün sınığı diaqnozu qoyulub.

 

0.31854796409607