Xəzərin Buzovna sahilində bir nəfər boğulub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində, dənizdə (qeyri çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Bakunews.media-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü İbrahimov Kənan Firuz oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

0.18837904930115