Şüvəlan ərazisində dənizdə batan şəxsin axtarışları davam edir

Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir) batıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bundan başqa, bu gün Bilgəh, Mərdəkan, Pirşağı və Şüvəlan sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub.

0.37233805656433