Göygöldə avtomobil piyadanı vurub

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un məlumatına görə, qəza Göygöl şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Knyaz Hacıyev yolu keçmək istəyərkən avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

0.32485103607178