Növbəti valyuta hərracında 64,7 milyon dollar təmin edilib

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı həyata keçirilib.

Mərkəzi Bankdan verilən məlumata əsasən, Dövlət Neft Fondunun iştirakı ilə keçirilən növbəti valyuta hərracında tələb 64,7 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

0.4213330745697