Çoxmənzilli binalardakı mənzillər üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək

İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, qəbul, oktyabrın 21-i Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3137 məhəllə və oktyabrın 23-də isə Xətai rayonu, Neapol küçəsi, 26 ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbulu aparılıb.

0.36505389213562