Həbib Qetjini valideynlərinə “bağışlayıb” - VİDEO

ABŞ-dan olan MMA döyüşçüsü Daniel Korme Castin Qetji ilə döyüşdən sonra Həbib Nurməhəmmədovla görüşüb və öz aralarında olan söhbət barədə maraqlı açıqlama verib.

Rusiyalı idmançı öz dostuna bildirib ki, C.Qetjinin valideynləri döyüşü canlı izlədikləri üçün o, rəqibinə ağrı hissi yaşadacaq fənd istifadə etməkdən imtina edib.

Məhz bu səbəbdən H.Nurməhəmmədov döyüşün gedişində “üçbucaq” boğulma fəndinə üstünlük verib və rəqibini təslim olmağa məcbur edib.

0.31648898124695