“Real”dan darmadağın, “Barselona” xal itirdi

La Liqada VIII tur davam edir.

Oyun günündə daha 4 qarşılaşma baş tutub.

“Real” öz meydanında autsayder “Ueska”ya heç bir şans verməyib – 4:1.

Madridin digər təmsilçisi “Atletiko” da günü qələbə ilə başa vurub. Dieqo Simeonenin yetirmələri “Osasuna”ya səfərdə qalib gəlib.

“Sevilya” “Atletik”ə uduzub.

“Barselona” isə onunla eyni sayda xal toplayan “Alaves”in qonağı olub. Məğlubiyyətdən ikinci hissədə qaçan və bir xalla kifayətlənən Kataloniya klubunun La Liqada qələbə həsrəti 4 matça yüksəlib.

Qeyd edək ki, turun açılış matçında “Kadis” “Eybar” üzərində səfər qələbəsi (2:0) qazanıb.

İspaniya La Liqası
VIII tur
31 oktyabr

“Real” – “Ueska” – 4:1
Qollar:
Azar, 40, Benzema, 45, 90, Valverde, 54 – Ferreyro, 74

“Atletik” – “Sevilya” – 2:1
Qollar:
Muniayn, 76, Sancet, 86 – En Nesiri, 9

“Osasuna” – “Atletiko” – 1:3
Qollar:
Budimir, 80 – Joao Feliks, 43 (pen.), 69, Torreyra, 88

“Alaves” – “Barselona” – 1:1
Qollar:
Rioxa, 31 – Qrizmann, 63

0.30234408378601