“Mançester Siti” 18 yaşlı serbiyalı hücumçu aldı

Serbiyanın “Partizan” klubu 18 yaşlı istedadlı futbolçu Filip Stevanoviçin İngiltərənin “Mançester Siti” klubuna keçidinin razılaşdırıldığı barədə məlumat yayıb.

 Xəbər “Partizan” klubunun “Twitter” səhifəsində dərc edilib.

18 yaşlı hücumçunun “Mançester Siti”yə keçidi qış transfer pəncərəsi dövründə baş tutacaq.

F. Stevanoviç bu mövsüm Serbiya çempionatında keçirdiyi 11 oyunda üç qola imza atıb.

O, “Partizan” klubunun yetirməsidir.

0.47863984107971